ABŞ Cənubi Koreya ilə birgə keçirdiyi hərbi təlimləri dayandırdığını bu gün rəsmən elan edəcək. XəzərXəbər xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd olunub ki, ABŞ prezidenti Donald Tramp
Çin rəhbəri Si Tsinpinin təsiri ilə Cənubi Koreya ilə təlimlərin
keçirilməsindən imtina etmək qərarına gəlib. Lakin Pentaqon Trampın bu
təşəbbüsünə soyuq münasibət göstərib və təqdir etməyib. Bununla belə,
Pentaqonun rəhbəri Ceyms Mettis və ABŞ
silahlı qüvvələrinin baş qərargah rəisi Cozef Danford Trampın
tapşırığını icra etmək üçün hərbçilərə müvafiq təlimatlar hazırlayır.
ABŞ-la
Cənubi Koreyanın RIMPAC irimiqyaslı hərbi təlimlərinin 20 ölkənin
iştirakilə 27 iyun və 2 avqustda keçirilməsi planlaşdırılırdı.
Qeyd edək ki, 12 iyun Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la
Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və
sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.
Sammitdən
sonra mətbuat konfransı keçirən Tramp vurğulayıb ki, artıq Pxenyan
dünya üçün nüvə təhlükəsi yaratmır. Əgər Pxenyanla danışıqlar düzgün
istiqamət üzrə getsə, ABŞ Cənubi Koreya ilə hərbi təlimləri dayandıracaq./azvision.az