ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Şimali Koreyaya qarşı 300 mövzuda sanksiya tətbiq edilməsini dayandırıb. Bu barədə o, bu gün keçirdiyi mətbuat konfransında bəyan edib.
"Mənim
əlimdə 300 sanksiya var idi. Lakin onları irəli sürməmək qərarına
gəldim. Çünki bu, apardığımız danışıqlara hörmətsizlik olardı. Amma biz
sanksiyalar tətbiq etmək imkanımızı saxlayırıq.” – deyə Tramp bildirib.
O, həmçinin vurğulayıb ki, əgər Pxenyanla danışıqlar düzgün istiqamət üzrə getsə, ABŞ Cənubi Koreya ilə hərbi təlimləri də dayandıracaq.
Qeyd edək ki, Sinqapurda keçirilən ABŞ-Şimali Koreya tarixi sammiti yekun sənədin imzalanmasilə başa çatıb. Trampla Kim Çen In sammit çərçivəsində bəyan ediblər ki, bundan sonra ABŞ-la
Şimali Koreya arasındakı münasibətlər əvvəlkindən daha fərqli olacaq və
sammitin nəticələri tezliklə müsbət nəticələrini verəcək.