Xəzər Xəbər

Orta məktəblərdə və kolleclərdə cib telefonu QADAĞAN EDİLDİ

Dünya | 13:54 • 8 İyun 2018
Orta məktəblərdə və kolleclərdə cib telefonu

Fransa Milli Məclisi orta məktəblərdə və kolleclərdə cib telefonundan istifadəni yasaqlayan qanun qəbul edib.

Qanun məclisdə səsə qoyulub və qəbul olunub.

Avqustda başlayacaq yeni tədris ilində ölkədəki orta məktəblərdə və kolleclərdə şagirdlər cib telefonundan istifadə edə bilməyəcəklər. Təklifdə eyni qadağa müəllimlər üçün də nəzərdə tutulsa da, bu bənd qəbul edilməyib.

Xatırladaq ki, cib telefonu qadağası barədə 2017-ci ildə Fransa Təhsil naziri Jan-Mişel Blanje danışmışdı./publika.az

Xəbər lenti