Valyuta Fondu Argentinaya 50 mlrd. dollar kredit verəcək
Dünya
|
12:34 • 8 İyun 2018
Beynəlxalq Valyuta Fondu (BVF) və
Argentina hökuməti ölkəyə 3 il ərzində 50 mlrd. dollar kredit ayrılması
mövzusunda razılaşıblar. XəzərXəbər bildirir ki, bu barədə "DW" nəşri
məlumat verib.
Argentina hakimiyyəti büdcə kəsirinin azalmasının qarşısını almağı və
ölkə iqtisadiyyatına 2020-ci ilə qədər tarazlıq gətirməyi öhdəlik
götürüb.
Qeyd edək ki, Argentina pesosu may ayında inflyasiyaya məruz qalaraq dollara nisbətdə 25 faiz dəyərini itirib./faktxəbər