Tramp bundan öncə görüşün təxirə salındığını desə də, sonradan fikrindən dönüb.
ABŞ
prezidenti jurnalistlərə açıqlamasında görüş yerinin dəyişməz qaldığını
bildirib: "Yaxşı irəliləyiş var. Biz iyunun 12-də Sinqapuru nəzərdə
tuturuq, bu, dəyişməyib”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina
göndərdiyi məktubda 12 iyunda Sinqapurda keçirilməli olan ikitərəfli
sammitdə iştirakdan imtina etdiyini bildirib. Səbəbini isə, Şimali
Koreya liderinin son bəyanatında nümayiş etdirdiyi "böyük qəzəb və açıq
düşmənçilik"lə əsaslandırıb.
Rəsmi Pxenyan isə cavabında Trampın
bu qərarının beynəlxalq birliyin istəklərinə zidd olduğunu, istənilən
vaxt və istənilən formatda Vaşinqtonla sammit keçirməyə hazır
olduqlarını bəyan edib. Ağ Ev Şimali Koreyanın bu bəyanatını müsbət
qiymətləndirərək, onu sülh üçün faydalı adlandırıb.