Xəzər Xəbər

Tramp: “Şimali Koreya ilə çox məhsuldar danışıqlar aparırıq”

Dünya | 09:14 • 26 May 2018
Tramp: “Şimali Koreya ilə çox məhsuldar danışıqlar aparırıq”

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüşün keçirilməsi mümkündür.


Xezerxeber.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti özünün "Tvitter” hesabında yazıb.

"Şimali Koreya ilə çox məhsuldar danışıqlar aparırıq. Kim Çen In ilə görüş iyunun 12-də Sinqapurda və ya zərurət yarandıqda, daha sonra keçirilə bilər”, D.Tramp yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın müdafiə naziri Ceyms Mettis Tramp- Kim Çen In arasında görüş baş tutacağını istisna etməyib.

Xəbər lenti

Çox oxunanlar