Rusiya prezidenti Vladimir Putin
Vaşinqtonun ABŞ və Şimali Koreya sammitinin ləğvi ilə bağlı qərarından
narahatdır.
"RİA Novosti"nin verdiyi məlumata
görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident ləğv prosesindən narahatdır və təəssüflənir",-deyə Peskov əlavə edib.
Qeyd edək ki, mayın 24-də ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla planlaşdırılan görüşünü ləğv edib./FaktXəbər