Xəzər Xəbər

Hər bir ABŞ prezidentinin tərcümeyi halında bu olmalıdır – DƏHŞƏTLİ İDDİA

Dünya | 12:57 • 25 May 2018
Hər bir ABŞ prezidentinin tərcümeyi halında bu olmalıdır

"Bütün bəyanatlarından sonra ABŞ prezidenti Donald Trampa müharibdə kiçik qələbə lazımdır”.

Bunu Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı ABŞ-ın sanksiyalarının mümkün gücləndirilməsini şərh edən Rusiyanın Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədr müavini Aleksandr Şerin "Russia Today” telekanalına açıqlamasında bildirib.

"Bunun üçün ən uğurlu dövlətlər ciddi insan və iqtisadi potensiala malik olmayan ölkələrdir. Bu baxımdan, Şimali Koreya Amerikanın hərbi maşınının gücünü nümayiş etdirmək üçün rahat variantdır. Bütün dünyanı qorxu altında saxlamağa davam etmək üçün ABŞ-ın hər bir prezidentinin tərcümeyi-halında məğlub edilmiş ölkə olmalıdır”, - o deyib.

Şerinin sözlərinə görə, ABŞ-la razılaşma indiki siyasi vəziyyətdə heç bir dəyərə malik deyil: "ABŞ İran nümunəsində nümayiş etdirdi ki, istənilən vaxt birtərəfli qayda ilə sazişlərdən çıxmağa hazırdır. Trampın Sinqapurda sammitin keçirilməsindən imtinası da həmçinin buna nümunədir. Yalnız bir nöqteyi-nəzər var: ABŞ. Heç bir beynəlxalq hüquq, ümumbəşəri dəyərlər və mənəvi prinsiplər mövcud deyil. Onlar öz maraqları üçün xüsusi hərəkət edirlər”.

Qeyd edək ki, Ağ Evdəki mənbəyə istinadən "Wall Street Journal” yazıb ki, ABŞ prezident administrasiyası artıq növbəti həftənin əvvəlində Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı yeni sanksiyaların tətbiqi imkanına baxır.

Nəşr qeyd edir ki, sanksiyaların tətbiqi imkanı Milli Təhlükəsizlik Şurasının mayın 24-də keçirilən iclasında müzakirə edilib. Bildirilir ki, onlarla yeni sanksiyadan söhbət gedir. İclasda həmçinin hərbi müdaxilə haqqında məsələyə baxılıb.

Mayın 24-də isə Amerika lideri Donald Tramp ABŞ və KXDR arasında keçirilməsi planlaşdırılan sammit ləğv edib. Sammit iyunun 12-də Sinqapurda keçirilməli idi./publika.az

Xəbər lenti