ABŞ Konqressinin
nümayəndələr palatası böyük səs çoxluğu ilə 2019-cu maliyyə ili üçün
büdcə və Müdafiə Nazirliyinin yürüdəcəyi siyasətin istiqamətləri
haqqında qanun layihəsini qəbul edib. 2019- cu ildə Pentaqona (ABŞ Müdafiə Nazirliyi) büdcədən ayrılacaq ümumi maliyyə ABŞ prezidenti Donald Trampın istəyinə uyğun olaraq, 716 milyard dollar təşkil edəcək. Bu məbləğin 99 milyard dolları ABŞ-ın ölkə hüdudlarından kənardakı hərbi əməliyyatlarının maliyyələşməsinə xərclənəcək.
Həmçinin, qanun layihəsində ABŞ
hərbi qulluqçularının sayının daha 16 min nəfər, onların əmək
haqlarının isə 2,6% artırılması nəzərdə tutulub. Bundan başqa, hərbi hava qüvvələrinin yenilənməsi üçün 40 milyard dollar sərf olunacaq.
ABŞ-ın
yeni nüvə başlıqlarının hazırlanmasına isə 65 milyon dollar maliyyə
ayrılıb. 2019-cu il hərbi büdcəsinin bu maddəsi qızğın müzakirələrə
səbəb olub. Demokratlar buna qarşı çıxaraq, həmin bəndin ləğvini təklif
ediblər. Lakin Respublikaçılar partiyasının üzvləri onların təklifini
rədd edərək, yeni nüvə başlıqlarının Rusiyanın qarşısını almaqda vacib
olduğunu bildiriblər.