Xəzər Xəbər

Fələstin ABŞ-dan Qüdsün qisasını alır

Dünya | 15:29 • 23 May 2018
Fələstin ABŞ-dan Qüdsün qisasını alır
Fələstin kimyəvi silahlar üzrə beynəlxalq konvensiyaya qoşulub.


Bu barədə kimyəvi silahların qadağan olunması üzrə təşkilatın yaydığı bəyanatda bildirilib.


"Fələstin dövləti kimyəvi slahlar üzrə konvensiyaya qoşulmaq üçün 17 may 2018-ci ildə konvensiyanın etibarlı siması olan BMT baş katibi ilə birlikdə sənədlərini təqdim edib. Fələstin dövləti üçün konvensiya 16 iyun 2018-ci ildə qüvvəyə minəcək", - deyə təşkilatın bəyanatında vurğulanıb.

Qeyd edək ki, ötən il dekabrında Fələstin administrasiyasının ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq 22 beynəlxalq konvensiyaya qoşulacağı barədə məlumat verilmişdi. Söhbət, Kimyəvi slahlar üzrə beynəlxalq konvensiya, Cenevrə protokolu, Bioloji silahların tətbiqinin qadağan edilməsi üzrə konvensiya, Nüvə materiallarının fiziki mühafizəsi üzrə konvensiya və s. sənədlərdən gedir. /azvision.az

Xəbər lenti

Çox oxunanlar