Xəzər Xəbər

Dünya mediası tarixi ana şahidlik etməyə hazırdır

Dünya | 13:21 • 22 May 2018
Dünya mediası tarixi ana şahidlik etməyə hazırdır
Pxenyanın indiyədək 6 nüvə raket sınağı keçirdiyi Pxunqeri nüvə poliqonunun sabahki bağlanma mərasimi yayımlamaq üçün xarici jurnalistlər artıq Şimali Koreyaya gediblər.


Pekindən yola düşən jurnalistlərin olduğu təyyarənin paytaxt Pxenyanda dayanacağı qərarlaşdırılsa da, o, səhər saatlarına yaxın Vonsan şəhərinin yaxınlığındakı Kalma hava limanına eniş edib. Lakin xarici jurnalistlərin arasında Seuldan dəvət olunan informasiya agentliyi və yayım şirkətinin 8 jurnalisti olmayıb.




Qeyd edək ki, Pxunqeri nüvə poliqonunun bağlanma mərasimində Şimali Koreya yalnız Rusiya, ABŞ, Böyük Britaniya, Çin və Cənubi Koreya jurnalistlərinin iştirakına icazə verib. Amma Cənubi Koreya jurnalistlərinin iştirakı üçün rəsmi Pxenyan viza haqqı qismində Seuldan onların hərəsi üçün 10 min dollar pul tələb edib. Bu tələb qarşısında Cənubi Koreyanın öz jurnalistlərini Şimali Koreyaya göndərməyəcəyi bildirilirdi. Lakin xarici mediada Cənubi Koreyadan olan 4 jurnalistin Şimala getmək üçün təyyarə ilə Çinə uçduqları deyilir. Şimalla Cənubi Koreya arasında diplomatik əlaqələrin mövcud olmaması səbəbindən, onlar vizanı Şimali Koreyanın Çindəki səfirliyindən almalıdırlar. Vizanın verilib-verilməyəcəyi isə bilinmir.



Xatırladaq ki, aprelin 21-də Pxenyan əgər onlara təhdid və təxribatlar ünvanlanmasa, nüvə silahından imtina edəcəklərini bəyan edib. 27 apreldəki Koreyalararası sammitdə isə Şimali Koreya lideri Kim Çen In Pxunqeri nüvə poliqonunda raket sınaqlarını dayandırmaq və poliqonu bağlamağa razılıq verib./azvision.az

Xəbər lenti