Roma Papası Fransisk sosial şəbəkələrdən
istifadə etmək istəyən rahibələrə təlimat verib. Roma yepiskopu ağıl və ehtiyatı gözləmək müqabilində rahibələrin sosial
şəbəkəyə daxil olmasında problem görmür.
Vatikan rəhbəri rahibələrin sosial şəbəkədən informasiya və
kommunikasiya tipli məlumatları almaqla yararlanmasını istəyib. O,
həmçinin saytlarda boş vaxt keçirməməyi də öz tövsiyələrinə daxil edib.
Qeyd edək ki, Vatikan aktiv şəkildə Twitter istifadəçisidir./FaktXəbər