Xəzər Xəbər

Rusiyada 68 deputat yoxsul olduğunu açıqlayıb

Dünya | 13:59 • 17 May 2018
Rusiyada 68 deputat yoxsul olduğunu açıqlayıb

Rusiyada regional parlamentin 68 deputatı 2017-ci ildə yoxsulluq həddində yaşadığını açıqlayıb. "RBK" bildirir ki, deputatlar hazırladıqları bəyannamələrdə bunu göstəriblər.

Rusiyalı deputatlar hesabatda qeyd ediblər ki, il ərzində gəlirləri yaşayış minimumundan aşağı olub. Halbuki, rusiyalı millət vəkillərinin minimal aylıq məvacibi 400 min rubl (11 min AZN) təşkil edir.

Qeyd edək ki, yüksək məvacib almasına baxmayaraq özünü yoxsul kimi qələmə verən deputatlar Şimali Osetiya, Qaraçay-Çərkəz və Altay Respublikası, o cümlədən Çelyabinsk, Maqadan, Kurqan vilayətlərini təmsil edirlər./FaktXəbər

Xəbər lenti