Xəzər Xəbər

Ərdoğandan ABŞ-a S-400 MESAJI

Dünya | 16:07 • 15 May 2018
Ərdoğandan ABŞ-a

"Müdafiə ehtiyaclarımızı ABŞ-dan təmin edə bilmiriksə, başımızın çarəsinə baxacağıq”.

Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Blomberg” agentliyinə müsahibəsində bildirib.

"S-400 zenit-raket komplekslərinin alınması üçün lazımı addımlar atmağa davam edəcəyik. Yunanıstan Rusiyadan S-300-lər alanda heç kim bir şey söyləmədi”, - Türkiyə prezidenti deyib.

Ötən gün Qəzzada öldürülənlərin sayına diqqət çəkən Ərdoğna bunun bu bir fəlakət olduğunu söyləyib. O, baş verənlərə görə İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ-ın prezidenti Donald Trampın məsuliyyət daşıdığını vurğulayıb./publika.az

Xəbər lenti