Ermənistanın baş
naziri Nikol Paşinyan Eduard Ağacanyanın ölkənin baş nazir aparatına
rəhbər təyin olunması ilə bağlı sərəncam imzalayıb. Hökumətin mətbuat xidmətindən bildirilib ki, sərəncam Ermənistanın
"İctimai xidmət haqqında” qanununun 9 maddəsinin 13-cü bəndi əsas
götürülərək imzalanıb.
Qeyd
edək ki, Eduard Ağacanyan 1988-ci ildə İrəvanda anadan olub. 2005-ci
ildə "Kuparyan” özəl liseyini bitirib. 2012-ci ildə Monako beynəlxalq
universitetində inzibatçılıq fakültəsində bakalavr dərəcəsi alıb.
2016-ci ildə həmin universitetdə, maliyyə aktivlərinin idarə olunması
fakültəsində magistr dərəcəsi alıb. O, 2014-2017-ci illərdə
sahibkarlıqla məşğul olub.