Xəzər Xəbər

ABŞ-İran müharibəsi nə zaman başlayacaq? Ekstrasens vaxt verdi

Dünya | 16:26 • 10 May 2018
ABŞ-İran müharibəsi nə zaman başlayacaq?

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezident Donal Trampın İranla nüvə sazişindən çıxmasını açıqlaması və ABŞ Maliyyə Nazirliyinin sanksiyaların bərpa ediləcəyi barədə xəbərdarlığı iki ölkə arasında müharibə ehtimalını gündəmə gətirib.

Bu məsələ ilə bağlı müxtəlif rəylər verilsə də, müharibə riski istisna edilmir.

Belə bir məqamda Bolqarıstandan olan ekstrasens maraqlı açıqlama ilə çıxış edib.

Belə ki, bolqar ekstrases Vladik Roysev ABŞ-İran müharibəsinin başlayacağı zamanla bağlı proqnoz verib. V.Roysev hesab edir ki, ABŞ-İran müharibəsi qaçılmazdır və konkret olaraq bu ilin avqust ayında başlayacaq. İddianın nə qədər doğru olub-olmadığını isə təbii ki, zaman göstərəcək.

Xəbər lenti

Çox oxunanlar