Xəzər Xəbər

Paşinyan hakimiyyətlə danışıqları dayandırdı Aksiyalar yenidən başlayır

Dünya | 09:40 • 25 Aprel 2018
Paşinyan hakimiyyətlə danışıqları dayandırdı
Ermənistanda keçirilən etiraz aksiyalarının lideri Nikol Paşinyanla ölkənin baş naziri vəzifəsini icra edən Karen Karapetyan arasında danışıqlar dayandırılıb.

XəzərXəbər erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi” partiyasının mətbuat katibi Tiqran Avinyan açıqlama yayıb.

Onun sözlərinə görə, sabah saat 19:00-da "Respublika" meydanında mitinq keçiriləcək.

Qeyd edilib ki, Paşinyan hakimiyyətin dinc yolla təhvil verilməsi və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edib. Hakim Respublika partiyası isə onun tələbi ilə razılaşmayıb. Bu səbəbdən hakimiyyətlə etirazçılar arasında danışıqlar ləğv olunub.

Xəbər lenti