Xəzər Xəbər

Paşinyan növbəti mitinqin tarixini açıqladı

Dünya | 14:09 • 24 Aprel 2018
Paşinyan növbəti mitinqin tarixini açıqladı

Ermənistan müxalifəti aprelin 25-də yerli vaxtla saat 19:00-da İrəvanın Respublika meydanında növbəti mitinq keçirəcək.

Ermənistan KİV-i xəbər verir ki, bu haqda kütləvi etirazların təşkilatçısı, "Mənim addımım” təşəbbüsünün lideri, "Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan bildirib.

"Biz bu gün bütün imkanlardan istifadə edəcəyik. Müəyyən siyasi konsultasiyalar təşkil edirik”, - o deyib.

Onun sözlərinə görə, sabah hakimiyyətin ötürülməsi üçün danışıqların ikinci raundu (Ermənistanın baş nazir vəzifəsini müvəqqəti icraçısı Karen Karapetyanla görüş nəzərdə tutulur –red.) olacaq./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar