ABŞ rəhbərliyi Qüdsdəki səfirliyini mayın 14-də açmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Kommersant" nəşri İsrailin Rusiyadakı səfirliyinin press-attaşesi Aleks Qandlerə istinadən yazıb.
"ABŞ-ın Qüdsdəki səfirliyinin açılışı bu il mayın 14-də, İsrailin Müstəqillik Günündə baş tutacaq", - A.Qandler deyib.
Onun sözlərinə görə, İsrail tərəfi mərasimdə və dövlət müstəqilliyinin qeyd olunmasında çox mühüm qonaqların iştirak edəcəyini gözləyir.