Ukrayna sərhədçiləri dövlət sərhədini pozduğuna görə iki Azərbaycan vətəndaşını saxlayıb.
Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında azərbaycanlıların Ukrayna-Rusiya sərhədini piyada qanunsuz keçməyə çalışdıqları vurğulanıb.
Hazırda dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhdə görə 60 və 57 yaşlı azərbaycanlılara qarşı inzibati materiallar tərtib edilib.