Xəzər Xəbər

Rusiyaya qarşı yeni sanksiyalar bu gün elan ediləcək

Dünya | 09:42 • 16 Aprel 2018
Rusiyaya qarşı yeni sanksiyalar bu gün elan ediləcək

ABŞ-ın BMT yanında daimi nümayəndəsi Nikki Xeyli Rusiyaya qarşı yeni sanksiyaların elan ediləcəyi ilə bağlı açıqlama verib.

Trend-in məlumatına görə, bu barədə diplomat CBS kanalına müsahibə verib.

Xeylinin sözlərinə görə, yeni sanksiyaları maliyyə naziri Stiven Mnuçin bu gün elan edəcək.

Daimi nümayəndə yeni sanksiyaları Suriyada Bəşər Əsəd rejiminin dəstəklənməsi ilə əlaqələndirir.

Xatırladaq ki, aprelin 14-də Böyük Britaniya, ABŞ və Fransa Suriyaya 100-dən artıq raket zərbəsi endirib. Raketlərin əksəriyyəti Suriya tərəfindən dəf edilib.

Xəbər lenti