Xəzər Xəbər

Rusiyada iki bağça bağlandı: Rodon qazı uşaqları məhv edir

Dünya | 11:15 • 11 Aprel 2018
Rusiyada iki bağça bağlandı:

Rusiyanın şərq vilayətlərində radon qazı təhlükəsi səbəbi ilə iki bağça bağlanıb.

Vladivostokda yerləşən 36 və 37 saylı bağçaların işləməməsinə səbəb 36 saylı bağçadan gələn şikayət olub. Valideynlər uşaqların saçının qəfildən tökülməsi ilə bağlı narazılıq ediblər.

Qeyd edək ki, radon - iysiz və rəngsiz radioaktiv qazdır, həyat üçün təhlükədir. Yer kürəsində geniş yayılmış radon qazı normadan çox olduqda ağciyər xərçəngi törədə bilir və xəstəliyin səbəbləri sırasında siqaretdən sonra ikincidir./teleqraf

Xəbər lenti