Xəzər Xəbər

“Fox News”: Prokurorluq Nikolas Kruz üçün ölüm cəzası tələb edəcək

Dünya | 09:32 • 14 Mart 2018
“Fox News”: Prokurorluq Nikolas Kruz üçün ölüm cəzası tələb edəcək

Prokurorluq ABŞ-ın Florida ştatının Parklend şəhərindəki məktəbdə 17 adamı güllələmiş 19 yaşlı Nikolas Kruz barəsində ölüm hökmü verilməsinə çalışacaq.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, "Fox News” telekanalının yaydığı məlumata görə, məhkəmə Fort-Loderdeyl şəhərində keçirilir. Nikolas Kruz Florida ştatının Brouard dairəsindəki həbsxanadadır. Bundan əvvəl Nikolas Kruzun vəkilləri bildiriblər ki, prokurorluq ölüm hökmü tələb etməyib, ömürlük həbs cəzası ilə kifayətlənərsə, oğlan təqsirini etiraf etməyə hazırdır.

Xatırladaq ki, Parklend şəhərindəki "Marcori Stounmen Duqlas” məktəbində faciə fevralın 14-də baş verib.

Xəbər lenti