Xəzər Xəbər

YPG və Suriya arasında razılaşma: Kürdlər 48 saata təslim olacaq

Dünya | 14:52 • 22 Fevral 2018
YPG və Suriya arasında razılaşma:

Suriyanın Hələb şəhərində 10 bölgənin ordu qüvvələrinin nəzarətinə verilməsi barədə razılıq əldə olunub. Bu barədə "Awene"'nin portalı məlumat yayıb.

Bildirilir ki, YPG' yaraqlıları və Suriya rəhbərliyi arasında vasitəçiliyi İran həyata keçirib. Dünən gecə əldə olunan razılaşmaya əsasən, 48 saat ərzində 10 rayon YPG nəzarətindən çıxaraq Suriya ordusunun kontroluna keçəcək.

***

Suriya ordusu Hələb şəhərinin mərkəzinə yaxın mövqedə YPG terrorçularının nəzarətində olan bölgəyə daxil olub. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Bildirilir ki, Bəşər Əsəd hökumətinə bağlı qüvvələr kürd yaraqlıların nəzarətində qalan Hələb şəhərinin əl-Hələk, Bəni Zaid və Bustan əl-Bəşə məntəqələrini azad edib.

Ordu qüvvələri hazırda YPG-nin nəzarətində olan Hələbin şimalındakı məntəqələrə tərəf irəliləyir.FaktXəbər

Xəbər lenti