Xəzər Xəbər

"An-148" təyyarəsinin istismarı dayandırıldı

Dünya | 14:01 • 12 Fevral 2018
"An-148" təyyarəsinin istismarı dayandırıldı

Moskva ətrafında "An-148" təyyarəsinin qəzaya uğramasından sonra bu tip təyyarələrinin istismarı müvəqqəti dayandırılıb.

TASS agentliyi xəbər verir ki, bu haqda "Saratov hava yolları" aviaşirkətinin bəyanatında deyilir.

Şirkətin parkında 6 ədəd "An-148-100" təyyarəsinin olduğu bildirilir.

***

Baş vermiş qəzadan sonra "An-148" təyyarəsinin istismarının dayandırılması haqqında qərar əlavə olaraq qəbul edilə bilər.

Bunu jurnalistlərə açıqlamasında Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

"Bu qərar əlavə olaraq Hava Nəqliyyatı üzrə Federal Agentlik və Nəqliyyat Sahəsində Nəzarət üzrə Federal Xidmətin razılığı ilə şirkətin ("Saratov Hava Yolları" - red.) rəhbərliyi tərəfindən qəbul edilə bilər", deyə Sokolov bildirib.

Qeyd edək ki, bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Son məlumatlara görə, təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur./publika.az

Xəbər lenti

Çox oxunanlar