Xəzər Xəbər

Filippinin Mindanao əyalətində hərbi vəziyyət rejimi ilin sonunadək uzadılıb

Dünya | 13:21 • 6 Fevral 2018
Filippinin Mindanao əyalətində hərbi vəziyyət rejimi ilin sonunadək uzadılıb

Filippinin Ali məhkəməsi ölkənin cənubunda yerləşən Mindanao əyalətində hərbi vəziyyət rejiminin ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib.


AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hərbi vəziyyətin uzadılmasını məhkəmənin 10 üzvü dəstəkləyib, 5 nəfər isə bunun əleyhinə çıxıb.


Bir qədər əvvəl Filippin Prezidenti Rodriqo Duterte hərbi vəziyyət rejiminin bütün ölkə ərazisində tətbiq oluna biləcəyini istisna etmədiyini bildirmişdi.


Xatırladaq ki, ötən ilin mayında "Əbu Sayyaf” və "Maute” müsəlman qruplaşmaları Mindanao əyalətinin Maravi şəhərinin nəzarətini ələ aldıqdan sonra bölgədə hərbi vəziyyət rejimi tətbiq olunub. Hökumət qüvvələri yalnız 5 ay davam edən ağır döyüşlərdən sonra şəhəri geri qaytara bilmişdi. Döyüşlərin gedişində Filippin ordusunun 160 hərbçisi həlak olmuş, 1,7 min hərbçi isə yaralanmışdı.

Xəbər lenti

Çox oxunanlar