Xəzər Xəbər

6 yaşlı qız Trampa məktub yazdı: "Onunla evlənəcəkdim"

Dünya | 11:53 • 6 Fevral 2018
6 yaşlı qız Trampa məktub yazdı:

ABŞ-ın Cənubi Karolina əyalətindəki birinci sinif şagirdi Ava Olsen prezident Donald Trampa silahlı hücumla bağlı yazdığı məktubla ABŞ mətbuatının mövzusu olub.

Uşaq bağçasından yoldaşı olan və evlənmək arzusunda olduğu Cakobun silahlı hücumunda öldürüldüyünü bildirən Ava Olsen uşaqları silahdan müdafiə etmək üçün kömək istəyib.

2016-cı ilin sentyabrında Taunvil şəhərində uşaq bağçasına hücum edən 14 yaşındakı bir təcavüzkar 3 nəfəri öldürmüşdü. Cakob Hall da onlardan biri idi. Trampa yazdığı məktubda Ava bunları bildirib: "Mənim ən yaxın dostum Cakob həyatını itirdi. Çox üzüldüm. Onu sevirdim və onunla evlənəcəkdim. Silahlara nifrət edirəm. O, mənim həyatımı məhv etdi və ən yaxşı dostumu məndən aldı".

Prezident Trampın Avaya verdiyi cavab Yeni ildən sonra gəldi. Məktubda "Xanım Tramp və mən dostunuz Cakobu itirdiyinizə çox kədərləndik" deyə yazılmışdı.

Tramp həmçinin qeyd edib ki, amerikalı uşaqların təhlükəsiz yerlərdə böyüməsi onun məqsədlərindən biridir./AzNews.Az

Xəbər lenti