Xəzər Xəbər

Reks Tillerson: Venesueladan ABŞ-a neft ixracı məhdudlaşdırıla bilər

Dünya | 12:09 • 5 Fevral 2018
Reks Tillerson:

Seçki ilə bağlı problemlər davam edən Venesueladan ABŞ-a neft ixracı məhdudlaşdırıla bilər.

Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. O bildirib ki, Venesuelada seçki ilə əlaqədar problemlər davam edir. Buna görə də, Venesueladan ABŞ-a neft ixracı məhdudlaşdırıla bilər: "ABŞ Venesuelada ədalətli, azad seçki keçirilməsinə böyük əhəmiyyət verir və bu ölkədəki böhranın sona çatmasını istəyir”.

R.Tillerson, ABŞ-ın üçüncü böyük neft təchizatçısı olan Venesuelaya tətbiq olunacaq hər hansı sanksiya və ya məhdudiyyətlərin ABŞ-ın neft sənayesinə zərər verməməsi üçün həssas davranacaqlarını bildirib.

ABŞ administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun siyasi üsulları və seçki tədbirlərini tənqid etməyə davam etdiyini vurğulayan R.Tillerson venesuelalıların zərər görmədən N.Maduro rəhbərliyinə iqtisadi sanksiyalar tətbiq etməyə davam edəcəklərini deyib.

Xəbər lenti