Xəzər Xəbər

Türk hərbçiləri Afrində yaşlı insanları terrorçuların zülmündən xilas etdi - FOTO

Dünya | 17:42 • 4 Fevral 2018
Türk hərbçiləri Afrində yaşlı insanları terrorçuların zülmündən xilas etdi -

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD terrorçularına qarşı başlatdığı "Zeytun budağı" əməliyyatı uğurla davam etdirilir. 

Xezerxeber.az bildiri ki, əməliyyat çərçivəsində kəndlər terrorçulardabn azade edilir və onların züm etdiyi dinc sakinlər xilas olunur. 

Türk əsgərləri bu dəfə Afrinin qərbindəki əməliyyat zamanı Bilal Ağa kəndini terrorçulardan təmizləyib. Kənddə axtarış-yoxlama aparan Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri iki ayrı evdə ölümə tərk edilmiş yaşlı bir qadın ilə bir kişiyə rast gəlib. 

Aşkar edilən 82 yaşlı Ahmet Hannan və 80 yaşlı Azime Hüseyn mehmetçik tərəfindən zirehli təcili-tibbi yardım maşını ilə Hassa dövlət xəstəxanasına çatdırılıb və müayinə olunub. 

Müayinə zamanı Ahmet Hannanın sol gözünün görmediği, sağ gözünün isə qismən gördüğü, Azime Hüseynin isə durumunun yaxşı olduğu müəyyən olunub.

Onlar müayinədən sonra Antakya Qocalar Evinə təhvil verilib.

Hərbçilər hər iki şəxsin PKK/KCK/PYD tərəfindən ölümə məhkum edildiyini, aşkarlanan zaman onların ac olduqları və mehmetçikin onlara öz paltarlarını verdiklərini bildiriblər.

Ahmet Hannan Anadolu Agentliyinin müxbirinə PKK/KCK/PYD-li terrorçuların yerli əhali arasında qorxu yaratdığını və onlara zülm etdiklərini bildirib: "Onlar evimizi talan etdilər. Bizi isə Türk əsgəri xilas etdi",-deyə Hannan bildirib. 

Xəbər lenti