Xəzər Xəbər

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Dünya | 14:07 • 23 Yanvar 2018
İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziyanın əhalinin daha sıx yaşadığı Yava adasının sahillərində 6,4 bal gücündə zəlzələ olub.


AZƏRTAC İndoneziya Milli Meteorologiya, Klimotologiya və Geofizika İdarəsinə istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 13:34-də Lebak dairəsində qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.


Sunami xəbərdarlığı elan edilməyib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Xəbər lenti