Xəzər Xəbər

Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini uzadıb

Dünya | 08:29 • 19 Yanvar 2018
Türkiyə parlamenti fövqəladə vəziyyət rejimini uzadıb

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qərar verib. 


Xezerxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, fövqəladə vəziyyət rejimi, yanvarın 19-dan etibarən daha 3 ay uzadılıb.

Qeyd edək ki, fövqəladə vəziyyət rejimi ötən ilin iyulun 21-də, hərbi çevrilişə cəhddən sonra tətbiq olunub. Bundan əvvəl fövqəladə vəziyyət rejimi 5 dəfə 3 ay müddətinə uzadılıb.

Xəbər lenti