Xəzər Xəbər

Hindistan qitələrarası ballistik raket sınağı keçirib

Dünya | 12:04 • 18 Yanvar 2018
Hindistan qitələrarası ballistik raket sınağı keçirib

Hindistan yanvarın 18-də səhər saatlarında "Agni-V” adlı qitələrarası ballistik raketinin sınağını keçirib.


Xezerxeber.az məlumat verir ki, Odişa ştatından buraxılan raket nüvə başlığı daşımaq üçün nəzərdə tutulub və ölkənin nüvə silahı arsenalında vacib rol oynayacaq.


Hindistanın müdafiə naziri Nirmala Sitharaman uçuş imkanı 5 min kilometrdən çox olan raketin sınağının uğurla keçdiyini bildirib.


Uzunluğu 17,5 metr, çəkisi 55 ton olan "Agni-V” ölkənin nüvə arsenalına daxil ediləndən sonra Hindistan uzaq mənzilli raketlərə sahib olan ölkələr klubuna (ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya) qoşulacaq.

Xəbər lenti