Xəzər Xəbər

İranda ardıcıl iki zəlzələ olub

Dünya | 08:27 • 18 Yanvar 2018
İranda ardıcıl iki zəlzələ olub

İran-İraq sərhədində 3,8 bal gücündə zəlzələ baş verib.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 06:24-dı qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 64 km qərbdə, ocağı isə 7 km dərinlikdə yerləşib.

Bundan əvvəl isə, yerli vaxtla saat 05:46-da ölkənin mərkəzi bölgəsində 4,5 maqnitudalı zəlzələ olub.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Xəbər lenti