Xəzər Xəbər

Düşmən qardaşlar növbəti danışıqlara başladılar

Dünya | 14:44 • 17 Yanvar 2018
Düşmən qardaşlar növbəti danışıqlara başladılar

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətləri növbəti danışıqlar başlayıb.

Bu haqda NHK televiziya şirkəti bildirib.

Danışıqlarda Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında KXDR idmançılarının iştirakı imkanları və detalları müzakirə ediləcək. Danışıqlar silahsızlaşdırılmış zonada yerləşən Pxanmundjom məntəqəsində keçirilir.

Qeyd edək ki, KXDR-in olimpiadada iştirakı haqqında prinsipial razılıq yanvarın 9-da əldə edilib./publika.az

Xəbər lenti