ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində leysan yağışları nəticəsində yaranan sürüşmə və daşqınlar zamanı ən azı 17 nəfər ölüb.
Bu barədə Santa-Barbara dairəsinin şerifi Bill Brauna istinadən NBC məlumat yayıb.
Bundan əvvəl təbii fəlakət nəticəsində ölənlərin sayının 13 nəfər olduğu xəbər verilmişdi.
Təbii fəlakət nəticəsində 24 nəfərin itkin düşdüyü bildirilir./publika.az