Britaniyalı astrofizik Stiven Houkinq hesab edir ki, davam edən qlobal istiləşmə Yerdə həyatı dözülməz edəcək.
Bu barədə dünyaca məşhur alim "Sevimli yerlər” video
layihəsində (Stephen Hawking's Favourite Places) bildirib.
Professor hesab edir ki, problem həll olunmasa, Yer Veneranın taleyini təkrarlaya bilər.
NASA-nın
araşdırmalarına əsasən, 4 milyard il bundan əvvəl Venera Yerə bənzəyib.
Orada su, bitkilər olub, planetdəki temperatur isə Yerdəkinə uyğun
olub. Lakin atmosferdə parnik qazların atması ilə Venerada temperatur
460 selsi dərəcəyə qalxıb.
Houkinq qeyd edib ki, Yer planetinin
yaşının 4,5 milyard il olduğu nəzərə alınsa, 200-500 il sonra insanlar
özünə yeni "ev” axtarmalı olacaq: "Növbəti dəfə iqlimin dəyişdiyini
inkar edən şəxslə qarşılaşsanız, onda onu Veneraya göndərin. Mən onun
gediş pulunu ödəməyə hazıram”.
Xatırladaq ki, daha əvvəl Stiven
Houkinq 2060-cı ildə bəşəriyyətin Yer üzündən silinəcəyini bildirmişdi.
Alimin fikrincə, Yerdə əhalinin sayı artmağa davam edəcək, enerji
istehlakı artacaq, planetin özü isə "alışan alov kürəsi”nə çevriləcək. /azvision.az