Xəzər Xəbər

Sidneydə son 80 ilin rekord istiləri qeydə alındı

Dünya | 11:29 • 8 Yanvar 2018
Sidneydə son 80 ilin rekord istiləri qeydə alındı

Avstraliya Meteoroloji Xidməti Sidneydə 47 dərəcə isti hava temperaturu qeydə alıb. 

Bu son 80 ilin rekord yüksək temperaturu deməkdir.

Yeni Cənubi Uels ştatı sinoptiklərinin yaydığı məlumata əsasən, materikin ən qədim və böyük şəhərlərindən biri olan Sidneydə belə isti hava sonuncu dəfə 1939-cu ildə qeydə alınıb.

Yerli hakimiyyət orqanları yüksək yanğın təhlükəsi barədə məlumatlar yayaraq, havanın çox isti olduğu ərazilərdə ocaq qalamağı qadağan edib. Eyni zamanda, ödənişsiz su stansiyaları da yaradılıb.

ABC telekanalının məlumatına görə, günvurma nəticəsində xəstəxanalara yerləşdirilənlər də var./Azərtac

Xəbər lenti

Çox oxunanlar