Xəzər Xəbər

Hindistanda polis həmkarlarına atəş açıb, 4 nəfər ölüb, 1-i yaralanıb

Dünya | 12:50 • 10 Dekabr 2017
Hindistanda polis həmkarlarına atəş açıb, 4 nəfər ölüb, 1-i yaralanıb

Hindistan hüquq-mühafizə orqanlarının anti-terror bölməsinin əməkdaşı Çxattisqarx ştatında öz həmkarlarını güllələyib.

"Report" "Indian Express" nəşrinə istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, daha bir asayiş keşikçisi yaralanıb.

Sant Sumar adlı polis həmkarlarından biri ilə mübahisədən sonra tüfəngdən atəş açıb. Onun saxlanıldığı bildirilir.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Xəbər lenti