Xəzər Xəbər

Məşhur boksçu prezidentdən ev istədi

Dünya | 11:19 • 10 Dekabr 2017
Məşhur boksçu prezidentdən ev istədi

Çeçenistan prezidenti Ramzan Kadırov amerikalı boksçu Floyd Meyuezerlə görüşündən bəhs edib. Virtualaz.org-un məlumatına görə, çeçen lideri bu barədə özünün Telegram kanalında açıqlama yayıb. "Biz boks və bu idmanın Çeçenistanda, Rusiya və bütün dünyada inkişafı barədə söhbət etdik. Onun əlli görüşün hamısında qələbə qazanması təcrübə baxımından çox vacibdir”, - deyə Kadırov vurğulayıb.

 

Çeçenistan rəhbəri bildirib ki, boksçu Rusiya vətəndaşı olmaq istəyini təsdiqləyib.

 

"Meyuezer Moskvada artıq evinin olduğunu dedi. Sonra isə Qroznıda da ev istədiyini bildirdi”, - R.Kadırov əlavə edib.

Xəbər lenti