Xəzər Xəbər

Tramp Mahmud Abbası Ağ Evə dəvət edib

Dünya | 13:33 • 8 Dekabr 2017
Tramp Mahmud Abbası Ağ Evə dəvət edib

ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbası Ağ Evə dəvət edib.

"Reuters” xəbər verir ki, Trampla Fəsləstin rəhbəri arasında telefon danışığı olub. Hələlik görüşün baş tutub-tutmayacağı dəqiq bilinmir.

Bu arada ABŞ-ın vitse-prezidenti Maykl Pensin Fələstinə səfəri baş tutmayıb. Fələstin rəhbərliyi Pensi qəbul etməkdən imtina edib.

Xəbər lenti