ABŞ-dan sonra Çexiya da Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.
Bu barədə Çexiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilib ki, İsrail və Fələstin arasında sülh sazişi
imzalanana qədər Qüdsün qərbi İsrailin paytaxtı kimi tanınacaq.
"Çexiya
səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi isə ancaq bölgədə və
dünyadakı müttəfiqlərlə keçiriləcək görüşlərin nəticələrinə əsasən
qərara alınacaq”, - deyə qeyd olunub.