Xəzər Xəbər

Husilər Yəməndə onlarla siyasətçini qətlə yetirdi

Dünya | 14:05 • 6 Dekabr 2017
Husilər Yəməndə onlarla siyasətçini qətlə yetirdi

Yəməndə silahlı qarşıdurma davam edir.

XəzərXəbər "TASS”-a istinadla xəbər verir ki, "Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları Ümumxalq Konqresi Partiyasının onlarla üzvünü qətlə yetiriblər. Qətlə yetirilənlər arasında hərbçilər, təhlükəsizlik orqanlarının nümayəndələri və sıravi partiya üzvləri də var.

Xatırladaq ki, Yəməndə baş verən silahlı toqquşmalar 250 nəfərə qədər insanın ölümünə səbəb olub.

Xəbər lenti