Xəzər Xəbər

Almaniyada yaşayış binasında yanğın olub, ölən və yaralananlar var

Dünya | 09:47 • 4 Dekabr 2017
Almaniyada yaşayış binasında yanğın olub, ölən və yaralananlar var

Almaniyanın Saarbrücken şəhərində yaşayış binasında yanğın baş verib. Nəticədə dörd nəfər həyatını itirib, 23 nəfər isə yaralanıb.

Xezerxeber.az "CNN Türk” telekanalına istinadən xəbər verir ki, beşmərtəbəli binada baş verən yanğının səbəbləri hələlik məlum deyil.

Hadisə yerinə 100-dən çox yanğınsöndürən cəlb olunub. Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.

Xəbər lenti