Amerikada həbs olunan iş
adamı Rza Zərrabın öz istəyi ilə heç bir təzyiq olmadan ittihamları
qəbul etdiyinə dair gizli sənədlər yayılıb.
Zərrab sənədi oktyabrın
26-da imzalayıb. Sənədə əsasən iş adamı ona qarşı irəli sürülən
ittihamların hər birini qəbul edib.
Məlumata görə, Zərrab məhkəmədə "Xalq Bank"ın baş direktorunun müavini Hakan Atillanın əleyhinə ifadə verəcək.
Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur./azvision.az