ABŞ Silahlı Qüvvələrinin Baş qərargah
rəisi Cozef Danford bildirib ki, ölkəsi Rusiya və Çin qarşısında hərbi
üstünlüyünü itirib. Massaçusettsdə Tafts Universitetində çıxış edən
general Danford deyib ki, Rusiya, Çin və digər ölkələr ABŞ-ın müharibə
üsullarını təhlil edərək öz imkan və strategiyalarını Vaşinqtonun
üstünlüyünü minimuma endirəcək qədər inkişaf etdirib.
"Son 10-15 il əzrində üstünlüyümüz daha
da zəyişfləyib. Üstünlüyümüz artıq əvvəlki qədər böyük deyil",- deyə
Birləşmiş Ştatların Baş qərargah rəisi əlavə edib. /faktxəbər