Kiyevdə Ali Rada binasının yaxınlığında keçirilən aksiyada polis və aksiya iştirakçıları arasında toqquşma olub.
Gürcüstanın sabiq prezidenti, Odessa
vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili tribunada çıxışında
bildirib ki, polis səs avadanlığı ilə təchiz olunmuş maşın vasitəsi ilə
çıxışçıların səsinin aksiyaçılar tərəfindən eşidilməsinə mane olur.
M.
Saakaşvili aksiyaçıları maşını götürməyə çağırıb. Polis maşına
yaxınlaşan aksiyaçıların qarşısını almağa çalışıb və toqquşma baş verib.
Aksiya təşkilatçıları mitinq iştirakçılarına qarşıdurmanı dayandırmağa
çağırıb. Bundan sonra toqquşma dayanıb.
Qeyd edək ki, Odessa
vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu "Yeni
Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları oktyabrın
18-dən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir.
Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat
toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni
zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər. (APA)