Xəzər Xəbər

Prezidentə 5 gün vaxt verildi Ukraynada gərginlik

Dünya | 11:19 • 22 Oktyabr 2017
Prezidentə 5 gün vaxt verildi

Ukrayna Ali Radası qarşısında keçirilən xalq məclisi iştirakçıları yeni tələblər irəli sürüb.

Onlar Prezident Petro Poroşenkodan 5 iş günü ərzində parlamentə impiçment haqqında qanun layihəsi göndərməyi tələb ediblər.

"Cənab prezident, bu qanun layihəsi konkret olaraq, sizə aid deyil. Bu, Ukrayna xalqına aiddir. Əgər tələbuimiz yerinə yetirilməsə, biz nəyə qadir olduğumuzu göstərəcəyik. Bizi buna məcbur etməyin. Çauşeskunun aqibətini xatırlayın", - aksiyada çıxış edən "Donbas" taborunun Katana ləqəbli döyüşçüsü deyib.

Aksiya iştirakçıları prezidentdən antikorrupsiya məhkəməsi haqqında qanun layihəsini Ali Radaya göndərməyi də tələb edib./Teleqraf.com

Xəbər lenti

Çox oxunanlar