Xəzər Xəbər

Münhendə naməlum şəxs bıçaqla dörd nəfəri yaralayıb

Dünya | 12:53 • 21 Oktyabr 2017
Münhendə naməlum şəxs bıçaqla dörd nəfəri yaralayıb

Almaniyanın Münhen şəhərinin tarixi hissəsinin yaxınlığında yerləşən "Rozenhaymer Plas” meydanında naməlum şəxs bıçaqla dörd nəfəri yaralayıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən məlumat verir ki, bu barədə məlumat Bavariya paytaxtının polis idarəsinin "Twitter” səhifəsində yerləşdirilib.

Polis vətəndaşları meydandan uzaq durmağa, yaxınlıqda yerləşən binaların sakinlərini evdən çıxmamağa çağırıb.

Hazırda hücum edən şəxsin axtarışı davam edir. Cinayətkarın motivləri məlum deyil. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

"Bild” qəzeti yaralıların həyatının təhlükə altında olmadığını yazır.

Xəbər lenti