İraqda Kərkük-Ərbil yolu üzərində gərgin döyüşlər başlayıb.
İraq ordusu ilə peşmərgə arasında döyüş gedir. Kərkükün şimal-qərbindəki Pirde bölgəsində də silah səsləri eşidilir.
Bu gün səhər saatlarında başlayan
döyüşdə peşmərgə "Haşdi-Şabi"ni geri oturtmağa çalışır. Hər iki tərəf
ağır silahlardan istifadə edir. İraq ordusunun ərazidəki körpünü nəzarət
altına aldığı və peşmərgəyə bölgəni tərk etmək üçün 2 saat verdiyi
vurğulanır.