ABŞ ilə Türkiyə arasında yaşanan viza böhranını aradan qaldırmaq üçün bu gün Vaşinqtondan olan nümayəndə heyəti Ankaraya gələcək.
Nümayəndə heyətinə ABŞ Dövlət
Departamentinin Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi Conatan
Kohen rəhbərlik edir.
Səfər zamanı nümayəndə heyətinin Türkiyə Xarici işlər nazirinin müavini
Əhməd Muxtar Gün ilə görüşəcəyi və iki ölkə arasındakı gərginliyi aradan
qaldırmaq üçün danışıqlar aparacağı bildirilib.
Qeyd edək ki, Türkiyə polisinin Fətullahçı terror təşkilatı ilə əlaqədə ittiham olunan ABŞ-ın İstanbuldakı Baş konsulluğunun nümayəndəsi Mətin Topuzu həbs etməsi iki ölkə arasında gərginliyə səbəb olmuşdu./teleqraf.com